Bakıda müğəninin çənəsini sındıran şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1989-cu ildə Şuşa şəhərində anadan olmuş İ.Həsən barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, zərərçəkmiş Elçin Mayılov gecə saat 02.00 radələrində qonşusu İ.Həsənin əlində "GO" markalı içki ilə yüksək səslə küçə söyüş söydüyünü görüb. O, İ.Həsənə yaxınlaşıb nə baş verdiyini soruşduqda, sonuncu hədsiz dərəcədə içkili olduğundan qəsdən bir neçə dəfə yumruqla onun üz nahiyəsindən vurub.
Elçin Mayılov aldığı xəsarətdən çənə nahiyəsinin sınığı ilə xəstəxanaya yerləşdirilib.
Hadisə Bakıda şadlıq evlərində müğənnilik fəaliyyəti ilə məşğul olan Elçin Mayılov toydan evinə qayıdırkən baş verib.
Məhkəmənin qərarı ilə İ.Həsənə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.