Azərbaycanlı alim vəfat etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Tbilisidə növbəti etiraz aksiyası keçirilir  |     22:30 Ümit Özdağ həbs olundu  |     22:17 “Qalatasaray” Avropa Liqasında xal itirdi  |     22:06 Şahin Mustafayev İran Prezidenti ilə görüşdü  |     21:53 ABŞ dövlət katibindən Ukrayna ilə bağlı ilk açıqlama: Müharibə başa çatmalıdır  |     21:35 Ukrayna keçən il elan edilən hərbi yardımları hələ də ala bilməyib  |     21:14 İmişlidəki qəzada xəsarət alan məktəblinin vəziyyəti ağırdır  |     21:03 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     20:48 Zaqatala Xəstəxanasının direktoru vəzifəsindən azad edildi  |     20:40 Bakıda müğənnin çənəsini sındıran şəxs cəzalandırıldı  |     20:29 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     20:22 Türkiyədə matəm elan olundu  |     19:59 Əhaliyə xəbərdarlıq edildi - Bu gündən...  |     19:50 Türkiyədə oteldə baş verən yanğınla əlaqədar 4 nəfər saxlanıldı  |     19:42 "Mançester Siti" yeni transferini açıqlayıb  |     19:34 Rusiya Federasiya Şurasının sədri Ermənistana səfər edə bilər  |     19:27 Kəmaləddin Heydərov Yerliqayaya başsağlığı verdi  |     19:13 Bakıda məşhur iş adamı həbs olundu - Xəzinədarı 20 min manatını oğurlamışdı  |     18:51 İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı  |     18:34 Bakıda dəhşətli hadisə - Ata üç il övladını zorladı  |    

Azərbaycanlı alim vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının keçmiş dosenti, filologiya elmləri namizədi Elmira Həsənova 84 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə BDU-nun Filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Anar Fərəcov deyib.

Qeyd edək ki, Elmira Həsənova 1940-cı ildə Füzuli rayonunda anadan olub. 1967-ci ildə "Müasir Azərbaycan dilində qarışıq tipli tabeli mürəkkəb cümlələr" mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri namizədi elmi dərəcəsi adına layiq görülüb. 1976-cı ildə isə dosent elmi adını alıb. 1964-1967-ci illərdə Filologiya fakültəsinin qiyabi şöbəsində metodist, 1967-1970-ci illərdə Azərbaycan dilçiliyi kafedrasında müəllim, 1970-1976-cı illərdə baş müəllim, 1976-cı ildən həmin kafedranın dosenti vəzifəsində çalışıb. Əsas tədqiqat sahəsi Azərbaycan dilinin sintaksisi və mətn dilçiliyi ilə bağlı olub.

Onun "Müasir Azərbaycan dilinin morfologiyasından praktikum", "Müasir Azərbaycan dilindən praktikum", "Mürəkkəb cümlələrin polipredikativliyi" kitabları, "Mətnin linqvistik təhlili" (magistr pilləsi üçün), "Sadə cümlə sintaksisi" (magistr pilləsi üçün), "Sintaksis və mətn sintaksisi", "Sintaksis", "Mətn sintaksisi" (magistr səviyyəsi üçün) proqramları çap olunub.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            447 20.11.24 12:39