Filippində fəlakətlərdə 12 nəfər həyatını itirib.
Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası (NDRRMC) ölkədə təsirli olan "Man-yi", "Toraji" və "Usagi" tayfunları ilə bağlı açıqlama verib.
Açıqlamada tayfunların törətdiyi fəlakətlər nəticəsində 12 nəfərin həyatını itirdiyi, 14 nəfərin yaralandığı, 3 nəfərdən xəbər alınmadığı bildirilib.
//azxeber.com