ƏDV-nin 50%-i kimlərə qaytarılacaq? - Mədəniyyət sektorunda yeni güzəştlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Kamçatkadakı göldə təcrid olunmuş hannibal balıq populyasiyası tapıldı  |     22:16 İdman salonuna getmədən necə 10 kq arıqlamaq olar? - Məşqçidən 5 məsləhət  |     22:10 10 ayda restoranlarda 2 milyard manata yaxın pul xərclənib (RƏSMİ)  |     21:53 Süni zəka beyində şişləri tapa biləcək  |     21:46 Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi  |     21:37 DYP avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti xəbərdarlıq edib  |     21:30 Azərbaycanın Ukraynadakı səfirliyi təhlükəsizliklə bağlı çağırış edib  |     21:24 "Şamaxı" məşqçisi ilə yollarını ayırıb  |     21:18 İranda son 17 ildə ən çox edam bu ilin oktyabrında icra olunub  |     21:10 ABŞ-dən olan basketbolçu: "Bakı mənə çox doğma gəlir"  |     21:02 Deputat: Məktəb psixoloqları sertifikasiyadan keçirilməlidir  |     20:57 Robert Levandovski karyerasını bitirəcəyi tarixi açıqlayıb  |     20:50 Vyetnam inkişaf etmiş ölkələri iqlim öhdəliklərini yerinə yetirməyə çağırır  |     20:44 Azərbaycanda binalarda yeni isitmə sisteminə keçidlə bağlı iş aparılır  |     20:41 Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyat vasitələrinin payını artırmağı planlaşdırır  |     20:36 Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb  |     20:29 Biləsuvar sakini dəm qazından boğularaq ölüb  |     20:22 İran XİN başçısı AEBA-ya xəbərdarlıq edib  |     20:16 Naxçıvanda internet və rabitə xidmətlərinin verilişində fasilələr yaranacaq  |     20:07 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ  |    

ƏDV-nin 50%-i kimlərə qaytarılacaq? - Mədəniyyət sektorunda yeni güzəştlər

Mədəniyyət sektorunda vergi güzəştlərin dairəsi genişlənir.

Bu sahədə çalışan sahibkar subyektləri üçün növbəti 5 il müddətinə torpaq vergisi tam, mənfəət vergisi isə 90% güzəştlə tətbiq olunacaq. Yəni sahibkarlar torpaq vergisindən tam azad olunur, mənfəətin, ya gəlirin isə yalnız 90%-i azad olunur.

Eyni zamanda vergi güzəştlərindən istifadə edən subyektlərin sayı artırılır. Əvvəllər bu siyahıda yalnız film çəkilişi ilə məşğul olanlar idisə, artıq yeni qaydalara əsasən, teatr, muzey, simfonik orkestr və film prodüserləri də bu güzəştdən istifadə edə biləcəklər.

Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı nağdsız ödənilən ƏDV-nin 50%-i geri qaytarılacaq. Bu o deməkdir ki, bu sahədə olan ödənişlər üçün əlavə dəyər vergisinin yarısı keşbek olaraq hesaba qaytarılacaq.

Deputat Vüqar Bayramov Oxu.Az-a bildirib ki, bu layihə artıq İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində birinci oxunuşda qəbul olunub və plenar iclasa tövsiyə edilib.

O həmçinin qeyd edib ki, bu güzəştlər mədəniyyət sektorunu dəstəkləmək üçündür.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            180 20.11.24 17:21