İmran Xan azadlığa buraxıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Kamçatkadakı göldə təcrid olunmuş hannibal balıq populyasiyası tapıldı  |     22:16 İdman salonuna getmədən necə 10 kq arıqlamaq olar? - Məşqçidən 5 məsləhət  |     22:10 10 ayda restoranlarda 2 milyard manata yaxın pul xərclənib (RƏSMİ)  |     21:53 Süni zəka beyində şişləri tapa biləcək  |     21:46 Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi  |     21:37 DYP avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti xəbərdarlıq edib  |     21:30 Azərbaycanın Ukraynadakı səfirliyi təhlükəsizliklə bağlı çağırış edib  |     21:24 "Şamaxı" məşqçisi ilə yollarını ayırıb  |     21:18 İranda son 17 ildə ən çox edam bu ilin oktyabrında icra olunub  |     21:10 ABŞ-dən olan basketbolçu: "Bakı mənə çox doğma gəlir"  |     21:02 Deputat: Məktəb psixoloqları sertifikasiyadan keçirilməlidir  |     20:57 Robert Levandovski karyerasını bitirəcəyi tarixi açıqlayıb  |     20:50 Vyetnam inkişaf etmiş ölkələri iqlim öhdəliklərini yerinə yetirməyə çağırır  |     20:44 Azərbaycanda binalarda yeni isitmə sisteminə keçidlə bağlı iş aparılır  |     20:41 Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyat vasitələrinin payını artırmağı planlaşdırır  |     20:36 Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb  |     20:29 Biləsuvar sakini dəm qazından boğularaq ölüb  |     20:22 İran XİN başçısı AEBA-ya xəbərdarlıq edib  |     20:16 Naxçıvanda internet və rabitə xidmətlərinin verilişində fasilələr yaranacaq  |     20:07 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ  |    

İmran Xan azadlığa buraxıldı

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və "Təhrik-i-İnsaf" ("Ədalət naminə hərəkat") müxalifət partiyasının qurucusu İmran Xanı girov qarşılığında azadlığa buraxıb.

Bu barədə "Dawn" qəzeti məlumat verib.

Məlumata görə, məhkəmə İmran Xanı hər biri bir milyon rupi (3 min 611 dollar) olmaqla iki girovun ödənilməsi şərti ilə azad edib.

Xatırladaq ki, keçmiş baş nazir və onun həyat yoldaşı Buşra Bibi iyulun 13-də həbs ediliblər. Daha sonra Buşra Bibi girov müqabilində azadlığa çıxa bilsə də, İmran Xanın həbsinin davam etməsinə qərar verilib.

Qeyd edək ki, İmran Xan və Buşra Bibinin həbs olunmaları onların xarici hədiyyələri qeyri-qanuni satmaları ilə bağlıdır. Hədiyyələr arasında 7 ədəd "Graff" və "Rolex" saatları, o cümlədən 10 ədəd brilyant və qızıldan ibarət zinət əşyaları da var. Ehtimal edilir ki, bu zinət əşyaları dövlətin "Toşaxana" anbarına təhvil verilməyib və cütlük tərəfindən satılıb.

Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. Bu onun səlahiyyət müddətinin bitməsinə bir il qalmış baş verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            234 20.11.24 18:17