Narinin qətlinə dair yeni iddia: Başqa şəhərdəki qardaşını qızcığazı öldürmək üçün çağırıblar? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq  |     22:59 Gəncədə işə düzəltmə dələduzluğu  |     22:53 Əmisi oğlunun pasportu ilə Bakıya uçan Arşad tutuldu - İspaniyaya niyə gedirmiş?  |     22:48 Məmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR (FOTO)  |     22:41 Martda neçə gün evdəyik?  |     22:36 Sumqayıtda avtobusda yanğın olub - VİDEO  |     22:30 Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib  |     22:23 Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var  |     22:18 Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar  |     22:11 Azərbaycan çempionatının daha bir oyunu baş tutmayıb  |     22:05 Mask 14-cü dəfə ata olub  |     21:58 ABŞ Ukraynanın enerji sisteminin bərpası üçün maliyyə yardımını dayandırıb  |     21:53 Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib  |     21:47 Səhiyyə Nazirliyi: Qarlı havada 41 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub  |     21:40 Bakıda qarlı hava günlərində yol qəzalarında 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib  |     21:35 Avropada qazın orta qiyməti 5 % artıb  |     21:29 Qaradağda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:21 Şirvanda avtomat aşkarlanıb  |     21:16 Sumqayıtda 17 yaşlı gənc dəm qazından ölüb  |     21:07 Alimlər neandertalların yoxa çıxmasının səbəbini müəyyən ediblər  |    

Narinin qətlinə dair yeni iddia: Başqa şəhərdəki qardaşını qızcığazı öldürmək üçün çağırıblar?

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.

İstintaq çərçivəsində Narinin böyük qardaşı Enes, anası Yüksel, əmiləri Salim və Fuat Güran, əmisi arvadı Hediye Güran da olmaqla, 12 nəfər həbs edilib.

Həmçinin Narin Güranın boğularaq öldürüldüyü müəyyən edilib. Qətlin kim tərəfindən və nə üçün törədildiyi dəqiq bilinməsə də, irəli sürülən iddialara yenisi əlavə edilib.

Bu barədə Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Narinin həbs edilən qardaşı Enes Güran qətldən bir gün əvvəl işlədiyi Malatyadan Diyarbəkirə gəlib. Bu da "Enes qətli törətməsi üçünmü çağırılıb?" sualını doğurub.

Enes Güran ifadəsində bunu təkzib edib.

"Qardaşım Baran əsgər gedəcəyi və əmim oğlunun toyu olacağı üçün işdən icazə almışdım", - deyə o bildirib.

Narinin ölümü ilə hər hansı əlaqəsinin olmadığını iddia edən Enes, həmçinin qızcığaz yoxa çıxdığı saatlarda evdə yatdığını da qeyd edib. Digər tərəfdən, Enesin qolundakı diş izləri və kürəyindəki dırnaq izləri Narini onun boğaraq öldürməsi iddialarını da gündəmə gətirib.

Eyni zamanda hadisənin şahidlərindən olan və həbs edilən Narinin əmisinin arvadı Hediye Güran da ifadəsində deyib ki, hadisə baş verən gün Narinin anası Yüksel Güran ilə Enes Güran arasında şiddətli mübahisə və boğuşma yaşandığına şahid olub.

Enes Güranın qolundakı dişlək izinin də anası Yüksel Gürana aid olduğu iddia edilib.

Həmçinin Yüksel Güranın Narinə görə Eneslə mübahisə etdiyi və ona mane olmaq üçün dişlədiyi də ehtimal edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            552 19.09.24 11:45