Mojo.az Banner
16:01 Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək  |     15:48 Xaçmaz və Şabranda qaz kəsiləcək  |     15:47 Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb  |     15:11 15 yaşında ailə qurub uşaq dünyaya gətirdi - Cinayət işi açıldı  |     15:10 "Bitcoin" aylıq maksimumunu yenilədi  |     13:51 Təqaüdçülərin kartlarını talayan şəxs tutuldu  |     13:39 Azərbaycan vətəndaşı olmaq üçün fevralda müraciət edənlərin SAYI AÇIQLANDI  |     13:31 Bakı səmasında dron səsləri - Nə baş verir? - Rəsmi açıqlama (Video)  |     13:22 60 mindən çox köçkünün müavinəti KƏSİLİB  |     13:21 Fransaya casusluqda ittiham olunan Martin Ryana və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədliyə hökm oxunub  |     13:20 Sabah 17 dərəcə isti olacaq  |     13:19 Bayram namazının vaxtı və fitrə zəkatının məbləği AÇIQLANDI  |     13:16 Gürcüstanda bəzi azərbaycanlıların əmlakı məcburi qaydada müsadirə olunacaq  |     13:10 Qəbul imtahanlarının tarixi AÇIQLANDI  |     13:05 Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI  |     12:55 Azərbaycanda tanınmış həkimin oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ: Türkiyədən yenicə qayıdıbmış - FOTO  |     12:49 Rektorun qızına qarşı dələduzluq edən şəxs azadlığa buraxıldı  |     12:44 Ağdərədə partlayışlar olacaq - MN-dən XƏBƏRDARLIQ  |     12:42 Bəhreyn və Küveytin hava məkanı daha 12 saat bağlı olacaq  |     12:39 "Windows 11" üçün vacib dəyişiklik: "Microsoft" yeni qərar verdi  |    
Left Banner
Right Banner

Avropada qazın orta qiyməti 5 % artıb

01.03.2025 21:35 921
Avropada qazın orta qiyməti 5 % artıb
Bu ilin fevral ayında Avropada qazın orta qiyməti yanvar ayı ilə müqayisədə 5 % artaraq 1 000 kubmetr üçün təxminən 542 ABŞ dolları təşkil edib.

Bunu Londonun ICE birjasının fyuçerslər haqqındakı məlumatları göstərir.

Keçən ilin payızından bəri Avropa qovşaqlarında qazın qiyməti tədricən artıb. 2024-cü ilin sentyabrında orta qiymət 1 000 kubmetr üçün təqribən 416 ABŞ dolları (illik müqayisədə 0,3 % az), oktyabrda 456 ABŞ dolları (-11 %), noyabrda 491 ABŞ dolları (-4 %), dekabrda 489 ABŞ dolları (+20 %), 2025-ci ilin yanvarında 517 ABŞ dolları (+53 %), fevralda isə 542 ABŞ dolları (+88 %) təşkil edib.

Qiymətlərin artmasına təsir edən əsas amillər Avropa anbarlarından qazın yüksək həcmlərlə çəkilməsi və külək enerjisi istehsalının payının azalması olub. Eyni zamanda, yanvarın 31-də qaz fyuçersləri 1 000 kubmetr üçün 577 ABŞ dolları civarında ticarət olurdusa, fevralın 28-də hərraclar 475 ABŞ dolları səviyyəsində bağlanıb ki, bu da əvvəlki ayın sonu ilə müqayisədə 17,7 % azdır. Fevralın sonunda qiymətlərin azalması Rusiya və ABŞ arasındakı danışıqların başlaması və mülayim keçməsi ilə bağlıdır.

Ümumilikdə ay ərzində qarışıq qiymət dinamikası müşahidə olunub. Fevralın ilk yarısında kotirovkalar 630 ABŞ dollara yaxınlaşaraq iki ilin ən yüksək səviyyəsinə çatıb. Artım Avropanın yeraltı qaz anbarlarından rekord miqdarda qaz çəkimi ilə bağlı olub. Hazırda Avropanın yeraltı qaz anbarlarında təxminən 43,5 milyard kubmetr qaz var və bu, ümumi doluluq səviyyəsinin 39,5 %-dən azdır. 2024-cü ilin oktyabr ayının sonunda istilik mövsümünün başlanmasından bəri Aİ ölkələri anbarlardan demək olar 66 milyard kubmetr qaz istifdə edib, qazın təmiz formada istifadəsi isə 62 milyard kubmetri keçib.

Bundan əlavə, Aİ-də elektrik enerjisi istehsalında külək enerjisinin payı azalıb: yanvarda bu, orta hesabla 21 %, fevralda isə 13 % civarında olub. Bu, elektrik enerjisi istehsalı üçün qaza tələbatın artmasına səbəb olub.
//reportскачать dle 11.3
Mojo.az Banner