Rəsmi Bakıdan ABŞ Konqresinə cavab » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |    

Rəsmi Bakıdan ABŞ Konqresinə cavab

ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 19 sentyabr 2024-cü il tarixində ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrlə bağlı yerli medianın sualına cavabında deyib.

O, "ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmə keçirilib və çıxış edənlər tərəfindən Azərbaycana qarşı çoxsaylı ittihamlar səsləndirilib. ABŞ Konqresində Azərbaycan əleyhinə keçirilən bu tədbiri necə şərh edərdiniz?" sualına belə cavab verib:

"Bu, ABŞ Konqresindəki bəzi qrupların Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdirərək, Azərbaycandakı vəziyyəti insan hüquqları pərdəsi altında necə təhrif etdiklərinin növbəti təzahürüdür.
Təəssüf ki, ABŞ-nin milli təhlükəsizlik maraqlarından daha çox öz daxili mülahizələri və şəxsi mənfəətlərini rəhbər tutan ABŞ Konqresinin üzvləri tərəfindən təşkil edilən bu cür birtərəfli və qərəzli tədbirlər uzun müddətdir ki, ABŞ Konqresi üçün adi hal alıb. Üstəlik, sözügedən dinləməni təşkil edən konqresmenlərin özlərini dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini dərindən dəstəkləyən şəxslər kimi təqdim etməsinin fonunda keçmiş separatçı rejimin nümayəndələrinin də bu dinləmələrdə iştirakı təsəvvür edilən bilən bütün çərçivələri aşır.

Azərbaycanla bağlı bütün faktları açıq şəkildə təhrif edən və saxtalaşdıran bu cür tədbirin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir".

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın ötən il həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb. Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiə və təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib:

Dinləmələrdə istinad edilən qondarma "Artsax” Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş hərbi işğal və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən 750 minə yaxın azərbaycanlı mülki əhaliyə qarşı aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni qurumdan başqa bir şey deyildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsinin coğrafi adının "Artsax” kimi təhrif edilməsi coğrafi adların beynəlxalq standartlaşdırılması üzrə prinsip və prosedurların açıq şəkildə pozulması, habelə ABŞ-nin 80-242 (1947) saylı qanununa uyğun olaraq ABŞ-nin Coğrafi Adlar üzrə Şurası (BGN) tərəfindən təsdiq edilmiş ABŞ Hökuməti orqanları tərəfindən milli və xarici coğrafi adların istifadə standartlarının təhrif edilməsidir.

Biz ABŞ Konqresinin rəhbərliyini Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə xələl gətirən bu cür tədbirlərin qarşısını almağa çağırır və xarici siyasətin həyata keçirilməsinə nəzarət edən qurum kimi Dövlət Departamentindən ABŞ Konqresində erməni lobbi qrupları tərəfindən sui-istifadə edilən bu tip tədbirlərə qarşı müvafiq tədbirlərin görülməsini gözləyirik".
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            231 19.09.24 22:28