Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |    

Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama

Bu gün cəmiyyəti narahat edən problemlərdən biri pandemiya dövründə karantin şərtlərinin pozulması ilə bağlı tətbiq edilən cərimələrin hələ də ləğv edilməməsidir. Artıq pandemiyadan 4 ildən çox vaxt keçir. Cərimə olunanların az hissəsi cəriməsini ödəyib. Vətəndaşların əksəriyyəti isə həmin cərimələri ödəməkdə maddi çətinlik çəkdiklərini bildirir.

Sözügedən cərimlərin taleyi necə olacaq? Hansı halda həmin cərimələrə amnistiya verilə bilər?

Hüquqşünas Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, karantin qaydalarının pozulması ilə bağlı tətbiq olunan cərimlərə amnistiya verilməsi gözlənilən deyil:

"Bu barədə söhbət də yoxdur. Əksinə, son dövrlərdə cərimələr artırılır. Hətta Maliyyə naziri Samir Şərifov çıxışında bildirib ki, cərimələr dövlət büdcəsindən yan keçir. Yəni, bu, onu deməyə əsas verir ki, hökumət cərimələri yığmaqda daha çox maraqlıdır".

Bununla belə, Əkrəm Həsənov hesab edir ki, həmin cərimələr qanunsuz tutulur:

"Mən həmişə çıxışlarımda bu barədə deyirəm. Çünkü Azərbaycanda karantin rejimində tətbiq olunan məhdudiyyətlər qanunsuz idi. Fövqəladə vəziyyət elan olunmadan insan haqları məhdudlaşdırıla bilməzdi. Amma hər halda tətbiq olunub. İndi dövlət ya bunu tanımalıdır ki, qanunsuz olub, əks halda cərimələri silməyin özü düzgün olmaz. Bu, insanlarda hüquqa-qanuna pis münasibət yarada bilər. Sabah hər hansı məhdudiyyət olanda insanlar onu rahat halda pozacaq və deyəcəklər ki, cəriməni onsuz da siləcəklər.
Ona görə də cərimələrin silinəcəyini gözləmirəm".

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            171 21.11.24 15:55