Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 Livanın Baş naziri Türkiyəyə səfər edəcək  |     22:57 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |     22:50 Tusk: Polşanın Ukraynaya kömək etmək üçün çox imkanı qalmayıb  |     22:42 "Ölkədə 4-cü inqilab cəhdinin qarşısını aldıq"  |     22:32 Bakıda qadını başına daşla vurub öldürdülər  |     22:14 Azərbaycanda evlənmək istəyənlərin sayı azalıb  |     22:07 Tbilisidə etiraz aksiyaları davam edir  |     21:21 Rəhbər olmaq istəyənlərin NƏZƏRİNƏ  |     21:14 Kimlər pulsuz dərman ala biləcəklər -VERİLMƏ TARİXİ VƏ SİYAHI  |     21:05 Avropa # Avropa Polşa Ukraynaya 100 milyon avro həcmində yardım ayırmaq qərarına gəlib  |     20:30 Azərbaycanda təhsil bahalaşır: Səbəb və çıxış yolu nədir?  |     20:21 Zurabişvili sabah Avropa Parlamentində çıxış edəcək  |     20:13 İsveçdə sığınacaq almaq üçün qaydalar sərtləşdiriləcək  |     20:06 Xəzərdən gələn TƏHLÜKƏ: Bakıya XƏBƏRDARLIQ! Yanvar ayında...  |     20:00 Adelin bu mahnısı bütün dünyada qadağan edildi  |     19:52 Sumqayıtda yaşayış binasının zirzəmisində yanğın baş verib - VİDEO - YENİLƏNİB  |     19:52 Zelenski NATO-nu verdiyi vədi yerinə yetirməyə çağırıb  |     19:41 Salyanda 19 yaşlı qadın dəm qazından boğulub  |     19:12 Bakıda kişi özünü binanın damından atdı  |     18:51 Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə görə subsidiya veriləcək  |    

Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib

Nazirlər Kabineti "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın təsdiq edilməsi haqqında 28 iyul 2020-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra həmin Meyarlar "Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri" adlanacaq.

Sənədə əsasən, aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir:

- vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə;

- aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyasını tam ödədikdə.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            147 21.11.24 17:45