Qusarda məhv edilən silahlı ilə bağlı yeni faktlar məlum olub.
Median.Az Lent.az-a istinadən xəbər verir ki, radikal təriqətçi olduğu bildirilən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Alxas Şıxmətov kənd ərazisində silahla dolaşaraq insanları qorxuya salırmış.
Alnında İŞİD-in rəmzi olan sarğı ilə gəzməsi isə kənd camaatını tamamilə təşvişə salıb. Sakinlərin şikayəti əsasında əməliyyat keçirən polisə qarşı Şıxmətov silahlı müqavimət göstərib və vəziyyət nəzarətdən çıxmaq dərəcəsinə çatıb.
Təhlükəli radikalçı sonda polis əməkdaşlarının müdaxiləsi ilə məhv edilib.