Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstanda "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilir ki, Çin sədri Azərbaycan Prezidenti İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş verən insan ölümləri ilə bağlı başsağlığı mesajları göndərib.
O, xəbəri eşidəndə şok olduğunu bildirib.
Si həmçinin Çin hökuməti və xalqı adından qəzada həlak olanların xatirəsini dərin hüznlə yad edib.
Mesajlarda o, həmçinin həlak olanların ailələrinə səmimi başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.