İtaliyanın "Milan" klubu futbolçusu Matteo Qabbia ilə müqavilənin müddətinin uzadılması barədə razılığa gəlib.
Bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
25 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2029-un ilin yayınadək nəzərdə tutulacaq.
Qeyd edək ki, Matteo Qabbia cari mövsüm 7 matçda 1 qolla yadda qalıb.