Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib

ABŞ və onun NATO müttəfiqləri Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etmək qərarı ilə eskalasiya kursunu davam etdirdilər.

Median.Az
"Report”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Eskalasiya kursunu davam etdirən ABŞ və onun NATO müttəfiqləri daha əvvəl Rusiya ərazisində uzaqmənzilli dəqiqlikli silahların istifadəsinə icazə verdiklərini açıqlayıblar. Mütəxəssislər yaxşı bilirlər belə silahları istehsal edən ölkələrin hərbi mütəxəssislərinin birbaşa iştirakı olmadan istifadə etmək mümkün deyil”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, ABŞ 2019-cu ildə Orta Mənzilli Nüvə Qüvvələri haqqında Sazişi birtərəfli qaydada xitam verməklə səhvə yol verib.

Putin əlavə edib ki, Rusiya münaqişənin gərginləşməsinə qəti cavab verəcək, ona qarşı hərbi kontingentini yaradan ölkələrin hakim elitaları bu barədə düşünməlidirlər:

"Təcavüzkar hərəkətlərin eskalasiyası halında biz də qətiyyətlə və qarşılıqlı şəkildə cavab verəcəyik. Mən tövsiyə edirəm ki, öz hərbi kontingentindən Rusiyaya qarşı istifadə etmək planlarını həyata keçirən ölkələrin hakim elitaları bu barədə ciddi düşünsünlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            126 21.11.24 22:36