"Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi" » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |     17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |    

"Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"

"Uber" xidmətində taksi fəaliyyəti ilə məşğul olan şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, taksi sürücüsünün həbs edilməsinə səbəb xanım sərnişinə qarşı nalayiq ifadələr və hərəkətlər etməsi olub.

Belə ki, 6 sentyabr 2024-cü il tarixdə, 17:15 radələrində Səbail rayonu ərazisində yerləşən Ü.Hacıbəyli küçəsində Q.M. adlı xanım "Uber"dən taksi sifariş verərək, Xətai rayon ərazisinə getmək istəyib.

Qadın yolda "Hyundai Elantra" markalı avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü C.B.-nın ona qarşı nalayiq ifadələrinə və seksual xarakterli hərəkətlərinə şahidi olub. Sərnişin qısa zamanda yolun kənarında maşından düşüb və polisə şikayət edib.

Sürücü saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmə iclasında iştirak edən sürücü protokola etiraz etdiyini, xanımdan xoşu gələdiyi üçün onunla tanış olmaq istədiyini deyib. O, 25 gün müddətinə həbs olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            219 19.09.24 21:50