Azərbaycanda qış fəsli başlayıb.
Median.Az bununla bağlı Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, bu il Azərbaycanda qış fəsli 21 dekabr saat 13:20-də başlayır.
Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur.
Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir.
Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.