Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Meksika körfəzində delfinlərin bədənində narkotik tapıldı  |     22:55 Sosial şəbəkələr çökdü  |     22:49 Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı  |     22:26 İrəvandan Bakıya təyyarə uçub - Göyərtədə kimlər olub?  |     21:57 Tbilisidə yenidən aksiya keçirilir  |     21:47 Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib  |     21:35 Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər  |     21:26 Əsəd Suriyadan necə qaçıb? - Detallar açıqlandı  |     21:20 "Bayramqabağı düyü yenidən bahalaşacaq" (AÇIQLAMA)  |     21:13 Bu ərazilərdə böyük söküntü olacaq - Tarix və kompensasiya  |     21:05 Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı  |     21:00 Gələn ildən sığorta hissəsi 9% yüksələcək pensiyalar neçə manat artacaq? - VİDEO  |     20:53 ABŞ Ukrayna F-16-larına xidmət üzrə $265 milyonluq müqaviləni təsdiqlədi  |     20:41 Azərbaycan boksçusu 50 min dollar mükafat qazandı  |     20:33 Atakama xəndəyində yeni dərin dəniz yırtıcısı tapıldı  |     20:27 TƏBİB Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı açıqlama verib  |     20:19 Putin Mirziyoyev ilə Suriya və Ukraynanı müzakirə edib  |     20:13 Dəməşqdə komendant saatı ləğv edilib  |     20:04 Bakıda liposaksiya etmək istəyən qadının ölümünə görə həkim cinayət məsuliyyətinə cəlb edilib  |     19:59 Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borc qalıb  |    

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Bu il dekabrın 1-dən Moskva hava limanlarında Rusiyaya gələn əcnəbilərin foto və barmaq izinin identifikasiyası proseduruna başlanılacaq.
 
Bu barədə "Kommersant"a Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy məlumat verib.
 
"Bu, hələ ki eksperimentdir. Alqoritmin aprobasiyasından sonra hökumət Federal Təhlükəsizlik Xidmətindən olan həmkarlarla birlikdə onun bütün sərhəd keçidlərində tətbiq edilməsini nəzərdən keçirəcək", - o bildirib.
 
A.Qorovoy qeyd edib ki, eksperimentin aparılması üçün Moskvanın seçilməsi onun xarici vətəndaşlar üçün ənənəvi cazibə mərkəzi və iri nəqliyyat qovşağı olması ilə şərtlənib.
 
Eyni zamanda, analoji nəzarət sistemi Qazaxıstanla sərhəddə yerləşən Orenburq vilayətindəki Maştakovo avtomobil keçid məntəqəsində də tətbiq olunacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            240 19.09.24 22:16