Londonda azərbaycanlının yaratdığı komandanın uğursuzluğunun səbəbi açıqlandı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |     21:29 Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir  |     21:23 Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı  |     21:17 Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?  |     21:08 Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? (VİDEO)  |     21:02 Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! - Ekspertlər XƏBƏRDARLIQ ETDİ  |     20:56 Mobil telefon bazarında qiymətlər düşür - SƏBƏB  |     20:39 Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?  |     20:34 "Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ  |     20:26 Bərdədə kişi toyda öldü  |     20:19 Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır  |     20:11 “Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb  |     20:00 Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb  |    

Londonda azərbaycanlının yaratdığı komandanın uğursuzluğunun səbəbi açıqlandı - FOTO

İngiltərənin “Mançester” futzal klubunun həmtəsisçisi olan rusiyalı İlya Oveçkin Britaniyada yaşadığı 20 illik karyerasından danışıb.

Oxu.az xəbər verir ki, o, verdiyi müsahibəsində bir zamanlar İngiltərə çempionu olmuş “Baku Yunayted” futzal klubunun səhv siyasətinə də toxunub:

“Futzalda işləmək mənim arzum olub, heç bir dəfə də bu işdən əl çəkmək barədə düşünməmişəm. Hər şey elə uğurlu alınıb ki, nəyəsə tərəddüd etməyə vaxtım olmayıb. Hər il işləmək getdikcə daha maraqlı olur. İngiltərənin bütün futzal ictimaiyyəti bizə baxır. Burda bir çox klub sponsor gətirdi, bir mövsüm oynadı, sonra struktura diqqət ayırmadıqlarından it-bat oldular. Yaxın bir nümunə sahibi ukraynalı olan “London Baku” (“Baku Yunayted” komandasını nəzərdə tutur – S.M.) komandasıdır. Onlar yaxşı investor tapdılar, Çempionlar Liqasında oynadılar. Ancaq indi ikinci diviziondadırlar. İnfrastrukturla məşğul olmaq lazım gələndə isə onlar sadəcə yaxşı oyunçular gətirməyə çalışdılar”.

Qeyd edək ki, “Baku Yunayted” klubu “Binə Aqro” QSC-nin 2019-2021-ci illərdə Müşahidə Şurasının sədri olmuş İlham Ağayev tərəfindən yaradılıb. 2008-ci ildə təsis olunan klub beş il sonra İngiltərə Super Liqasının qalibi olub və bu ölkəni 2014-cü ildə UEFA Kubokunda təmsil edib. Daha sonra klubda geriləmə müşahidə olunub. “Baku Yunayted” sonuncu dəfə fevralda sosial şəbəkə hesabında Londondan olan baş məşqçi və klub direktoru axtardığını elan edib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            603 01.06.21 21:17