Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli "Keşlə" klubundan ayrılıb.
Bu barədə yarımmüdafiəçi özünün feysbuk səhifəsində yazıb.
O, hər şeyə görə sabiq komandasına təşəkkür edib.
Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ilin yanvarından paytaxt təmsilçisində çıxış edirdi.