Kriştovao “Keşlə”nin ittihamlarına cavab verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:06 Bakıda özünü polis əməkdaşı kimi təqdim edən dələduzlar peyda olublar? - İDDİA  |     11:56 Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar  |     11:51 Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı  |     11:36 Şri-Lankada sabah prezident seçkiləri keçiriləcək  |     11:27 Qar qəfil yağacaq: Sinoptiklər xəbərdarlıq etdi  |     11:10 COP29-da bu iş yerləri bağlanacaq - Mühüm AÇIQLAMA  |     22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |     21:29 Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir  |     21:23 Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı  |     21:17 Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?  |     21:08 Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? (VİDEO)  |     21:02 Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! - Ekspertlər XƏBƏRDARLIQ ETDİ  |     20:56 Mobil telefon bazarında qiymətlər düşür - SƏBƏB  |    

Kriştovao “Keşlə”nin ittihamlarına cavab verdi

“Mənim Bakını icazəsiz tərk etməyimlə bağlı yayılan xəbərlər böyük yalandır. Belə bir şey olmayıb”.

Bu fikirləri “Report”a açıqlamasında “Keşlə”nin futbolçusu Aleksandr Kriştovao haqqında çıxan məlumatlara münasibət bildirərkən deyib.

Anqolalı hücumçu Niderlanda bu ölkənin pasportunu almaq üçün yollandığını bildirib: “Mən bu barədə klubu hələ 6-7 ay əvvəl məlumatlandırmışdım. Demişdim ki, pasportum filan tarixdə hazır olacaq, gedib onu götürməliyəm. Çünki bu, Avropada yaşamağım üçün olduqca vacibdir”.

27 yaşlı forvard əlavə edib ki, hazırda Bakıya qayıtmaq üçün klubun ona bilet almasını gözləyir: “Agentim və vəkilim “Keşlə” rəhbərliyi ilə danışıqları davam etdirir. Biletimi göndərsələr, geri qayıdacağam. Çünki klubla müqaviləm var. Vəziyyət dəyişməsə, kluba qarşı hüquqi müstəvidə addımlar atmağa məcbur olacağam. Mən hələ də “Keşlə”nin oyunçusuyam və komandadan ayrılmaq niyyətim yoxdur”.

Qeyd edək ki, “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov mətbuata müsahibəsində komandanı özbaşına tərk edən Aleksandr Kriştovaonun göndərilməsi üçün rəhbərlik qarşısında məsələ qaldırdığını deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 243 10.09.20 19:16