Şri-Lanka seçiciləri sabah keçiriləcək səsvermə ilə yeni prezidentini seçməyə hazırlaşır.
Median.Az xarici mətbuata istinadən xəbər veirr ki, 2022-ci ildə Qotabaya Rajapaksanın istefasına səbəb olan ümummilli etirazlardan sonra Şri-Lankada seçicilər seçkiyə gedəcəklər.
22 milyon əhalisi olan ölkədə sentyabrın 21-də keçiriləcək prezident seçkilərində qeydiyyatdan keçmiş 17 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.
Ölkədə prezident seçkiləri ən mürəkkəb və gözlənilməz seçkilərdən biri hesab olunur.
//azxeber.com