Gündə iki litr su mifi və sürətli arıqlamaq üçün diyetoloq tövsiyəsi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |     12:23 Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ  |     12:21 Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB - VİDEO  |     12:14 İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı  |     12:07 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edirlər  |     12:00 Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub  |     11:49 Bakıda 59 yaşlı qadın qəzada ağır xəsarət aldı  |     11:44 Ağdamda 23 yaşlı qız yoxa çıxdı  |     11:42 Şəkidə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada öldü  |     11:24 Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair YENİ QAYDALAR  |     22:23 Kamçatkadakı göldə təcrid olunmuş hannibal balıq populyasiyası tapıldı  |     22:16 İdman salonuna getmədən necə 10 kq arıqlamaq olar? - Məşqçidən 5 məsləhət  |     22:10 10 ayda restoranlarda 2 milyard manata yaxın pul xərclənib (RƏSMİ)  |    

Gündə iki litr su mifi və sürətli arıqlamaq üçün diyetoloq tövsiyəsi

Çoxumuz sağlamlığı qorumaq üçün gündə 2 litr su içmək lazım olduğunu eşitmişik. Ancaq ekspertlər deyirlər ki, bu mifdir və insan arıqlayarkən mayeyə olan ehtiyac artır. Bəs əslində arıqlamaq üçün nə qədər su içmək lazımdır?

Rusiyalı diyetoloq Yelena Kozlovskaya çəkini effektiv azaltmaq üçün düzgün su içməyin sirlərini açıqlayıb.

Həkimin sözlərinə görə, fərdi maye qəbulu norması bədən çəkisinin hər kiloqramına 25-30 ml təşkil edir.

"Lakin çəki atarkən bu rəqəm arzu olunan çəkinin hər kiloqramına 40 ml-ə qədər artır", - deyə o bildirib.

Mütəxəssis vurğulayıb ki, şəkərli içkilər və alkoqol maye hesab edilmir, onlar qidaya bərabər tutulur.

"Buna görə də, əgər arıqlamaq istəyirsinizsə, şirin qazlı içkilərdən imtina etmək və spirtli içkilərin qəbulunu məhdudlaşdırmaq daha yaxşıdır", - deyə o bildirib.

Yelena Kozlovskaya, həmçinin çay və qəhvə kimi sidikqovucu təsirli içkiləri bir stəkan təmiz su ilə tamamlamağı məsləhət görür.

"Bir saat ərzində içilməli olan optimal maye miqdarı 200-300 ml-dir. Xüsusilə axşam vaxtı birdən-birə çox su içməyin ki, ödemin güclənməsinin qarşısını alasınız", - deyə o bildirib.

Mütəxəssis bununla belə düzgün su rejiminə keçərkən, ödemin güclənə biləcəyi barədə xəbərdarlıq edib və bunun normal olduğunu deyib.

"Zaman keçdikcə orqanizm uyğunlaşacaq və su ehtiyatı toplamağa ehtiyac olmadığını başa düşəcək", - deyə diyetoloq bildirib.

O bu sadə tövsiyələrə əməl etməklə, bədəni optimal su balansı ilə təmin edərək asanlıqla və effektiv şəkildə arıqlatmağın mümkün olduğunu deyib.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            357 20.09.24 12:45