Ucar rayonunda yerləşən uşaq bağçasının istilik sistemi var, ancaq işləmir.
Xezerxeber.az-ın məlumatına görə, şəhərdəki 3 saylı körpələr evi-uşaq bağçası illər öncə əsaslı təmir olunan zaman istilik sistemi də yenilənib. Ancaq quraşdırılan kombi sistemi son iki ildir işləmir. Bu da körpələr evi-uşaq bağçasına övladını gətirən valideynlərin narazılığına səbəb olur.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, idarənin əməkdaşları tərəfindən müəssisəyə baxış keçirilib və istilik sistemində texniki nasazlıq aşkar olunub. Problemin aradan qaldırılması məqsədilə müvafiq tədbirlərə başlanıb, istilik təminatının ən qısa müddətdə bərpa edilməsi üçün zəruri addımlar atılır.
Balakənin Katex kəndindəki 1 saylı körpələr evində də istilik problemi yaşanır.
Valideynlər uşaqları bağçaya ya göndərmir, yadaki otaqlarda isti geymlərdən istifadə olunur.
Kənd sakinləri ərazidə olan yeganə bağçanın istilik sisteminin düzəldilməsini istəyirlər. 2 mərtəbəli 80 yerlik uşaq bağçası qazanxana və müasir istilik sistemi ilə təchiz olunsa da, hazırda istilik sistemi işləmir.
Mövcud məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən uşaq bağçasının istilik sistemində yaranmış nasazlıqla bağlı Təhsil və Qaz İdarələrinin əməkdaşları tərəfindən müəssisəyə baxış keçirilib və qaz sayğaclarında texniki nasazlıq aşkar olunub. Problemin aradan qaldırılması məqsədilə müvafiq tədbirlərə başlanıb, istilik təminatının ən qısa müddətdə bərpa edilməsi üçün zəruri addımlar atılır".
Ətraflı süjetdə: