Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Meksika körfəzində delfinlərin bədənində narkotik tapıldı  |     22:55 Sosial şəbəkələr çökdü  |     22:49 Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı  |     22:26 İrəvandan Bakıya təyyarə uçub - Göyərtədə kimlər olub?  |     21:57 Tbilisidə yenidən aksiya keçirilir  |     21:47 Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib  |     21:35 Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər  |     21:26 Əsəd Suriyadan necə qaçıb? - Detallar açıqlandı  |     21:20 "Bayramqabağı düyü yenidən bahalaşacaq" (AÇIQLAMA)  |     21:13 Bu ərazilərdə böyük söküntü olacaq - Tarix və kompensasiya  |     21:05 Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı  |     21:00 Gələn ildən sığorta hissəsi 9% yüksələcək pensiyalar neçə manat artacaq? - VİDEO  |     20:53 ABŞ Ukrayna F-16-larına xidmət üzrə $265 milyonluq müqaviləni təsdiqlədi  |     20:41 Azərbaycan boksçusu 50 min dollar mükafat qazandı  |     20:33 Atakama xəndəyində yeni dərin dəniz yırtıcısı tapıldı  |     20:27 TƏBİB Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı açıqlama verib  |     20:19 Putin Mirziyoyev ilə Suriya və Ukraynanı müzakirə edib  |     20:13 Dəməşqdə komendant saatı ləğv edilib  |     20:04 Bakıda liposaksiya etmək istəyən qadının ölümünə görə həkim cinayət məsuliyyətinə cəlb edilib  |     19:59 Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borc qalıb  |    

Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar

Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

Median.Az
bu barədə Sputnik Gürcüstana istinadən xəbər verir.

Məlumata görə, Litva, Latviya və Estoniya səfirləri hakim "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili və Daxili İşlər Nazirliyinin bütün rəhbərliyinə qarşı sanksiyalar tətbiq etmək qərarına görə Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıblar.

Litva, Latviya və Estoniya İvanişvilinin, həmçinin daxili işlər naziri Vaxtanq Qomelauri, onun müavinləri Şalva Bedoidze, İoseb Çelidze, Aleksandr Daraxvelidze və Georgi Butxuzi, xüsusi tapşırıqlar departamentinin rəhbəri Zviad Xarazişvili və onun müavinləri Miller Laqazuri və Mirza Kezevadze, patrul polisi departamentinin rəhbəri Vaja Siradze və cinayət polisi departamentinin rəhbəri Teymuraz Kupatadzenin ölkələrinə girişini qadağan edib.

Baltikyanı ölkələr öz qərarlarını Gürcüstanda insan hüquqlarının pozulmasına cavab kimi izah ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            198 03.12.24 19:31