Lerikdə iri qaya parçası yola düşüb, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |     12:19 Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb  |     12:10 Bakıdakı şadlıq saraylarında toylar DAYANDIRILIB  |     12:09 Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub  |     12:04 Təyyarə qəzasında həlak olan Cəlilabad sakininin kimliyi müəyyən olundu  |     11:39 Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verib  |     11:20 Qazaxıstan KİV: 7 nəfərin cəsədinin şəxsiyyəti müəyyən edilib  |     11:09 Qəzanın görüntülərini yayan bloger 10 sutkalıq həbs olundu  |     23:05 Sumqayıtda iynədən şoka düşən kişi ölüb  |     22:53 Aviaqəzadan sağ çıxan zaqatalalı qız anasına video göndərdi (VİDEO)  |    

Lerikdə iri qaya parçası yola düşüb, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb

Lerikdə iri qaya parçası yola düşüb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Lerik rayonunun ucqar dağ kəndi olan Dicoda iri qaya parçası yola düşüb. Nəticədə Lerik-Piran-Veri-Dico kənd yolu bağlanıb, nəqliyyatın hərəkətində problem yaranıb.

Kənd ərazi icra nümayəndəsi Bəyəli Bədəlov hadisəni təsdiqləyib:

"Dico kənd sakinlərinin rayonla daha qısa yolu Veri-Dico yolu bağlanıb. Sakinlər digər yol olan Tikaband-Hücü-Dico yolundan istifadə edirlər. Bu da əsas yoldan bir az uzaq olur. Məsələ ilə bağlı aidiyyəti orqanlar məlumatlandırılıblar. Yolsuzluq şəraitinə görə əraziyə ağır texnika çıxa bilmir. Qaya parçasını yoldan götürmək üçün digər alternativ variantlar nəzərdən keçirilir".

Qeyd edək ki, hazırda Dico kəndində 10-a yaxın ailə yaşayır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            306 11.12.24 13:15