Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı Əməkdar artist Almaz Mustafayevanın anım günüdür.
Əməkadar artist 26 dekabr 2020-ci ildə dünyasını dəyişib.
Almaz Mustafayeva 01 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. Azərfilm kinostudiyasının nəzdində 3 illik «kinoaktyorluq» kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır.
O, 1997-ci ildə «Qızıl Dərviş» mükafatı ilə təltif olunub. 2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülüb. 2014-cü ildə Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.
O səhnədə canlandırdığı bir çox rolları ilə tamaşaçıların sevgisini qazanıb. Sadıx - «Mənim nəğməkar bibim», Ə.Əylisli, Qaraca qız - «Qaraca qız», S.S. Axundov, A.Şaiq, Bahar - «Ana laylası», İ.Coşğun, Ramo - «Əlvida Hindistan», Q.Rəsulov, Əhməd - «Tamahkar», S.S.Axundov, Aycan, Sevinc gülü - «Aycan», X.Əlibəyli, Gəlincik - «Gəlincik», A.Şaiq, Qadın - «Ah, qadınlar, qadınlar», M.Haqverdiyev, I Xanım - «Yatmış gözəl» B.Marvin və başqa qəhrəmanları xüsusən də balacalar tərəfindən böyük maraqla qarşılanıb.
//azxeber