Mojo.az Banner
19:31 Sərnişin və yükdaşıma üçün tələb olunan sənədlərin SIYAHISI AÇIQLANDI  |     19:23 Kürdəmirdə heyvan bazarı yenidən açılıb  |     19:19 Astaradakı Park-Bulvarda fəhlələr dalaşdı - Həbs olundular  |     19:13 Azərbaycandan Ukraynaya növbəti enerji avadanlığı partiyası göndərilir  |     19:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     18:42 Hacı Əziz məscidinə qanunsuz müdaxilənin qarşısı alınıb, iş məhkəməyə göndərilib  |     18:41 Mingəçevirdə qarğıdalı çubuqları emalı müəssisəsinin fəaliyyəti MƏHDUDLAŞDIRILDI  |     18:22 Dələduzluğa görə tutulan oğlunu azadlığa çıxarmaq istədi, 112 min manatını "yedilər"  |     18:08 Əhaliyə XƏBƏRDARLIQ - Bu ərazilərdə 2 gün SU OLMAYACAQ  |     18:03 Lənkəranda "Azəriqaz"ın adı ilə 7000 manatlıq dələduzluq  |     17:52 Azərbaycan əhalisinin sayı açıqlandı  |     17:37 Azərbaycanda evlənənlər də azalıb, ayrılanlar da  |     17:31 İcra başçısı kadrları dəyişdi: Yeni köməkçi və şöbə müdiri təyin etdi  |     17:10 Pensiya düzəltmək adı ilə vətəndaşları aldadan şəxsə HÖKM OXUNDU  |     16:33 Bakı-Sumqayıt koridorunda görülən və görüləcək işləri - VİDEOQRAFİKA  |     16:32 Xətaidə narkotacilərə qarşı ƏMƏLİYYATIN GÖRÜNTÜLƏRİ (Video)  |     16:17 Azərbaycanlı qadınları evlənmək adı ilə əcnəbilərə satan şəxs TUTULDU - VİDEO  |     16:15 Moskvada meyitləri tapılan azərbaycanlı ər-arvad Ucarda dəfn olunub - FOTO  |     16:14 Bir marketdən oğurlayıb başqasına satdı - Polis saxladı  |     16:12 Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt AÇIQLANDI  |    
Left Banner
Right Banner

Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı

11.12.2024 22:49 954
Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı
Samux rayonunun Köbər kəndində gecə saat 4 radələrində baş verən yanğın qısa müddətdə evi tamamilə yararsız hala salıb. Hadisə nəticəsində 7 nəfərlik ailə evsiz qalıb.

Yanğını söndürməyə çalışarkən ev sahibi Abid Qasımov xəsarət alıb.

"Uşaq çıxıb dedi ki, ay nənə, evimiz alışıb yandı. Yuxudan durub mətbəxə getdim, gördüm ki, alov artıq göyə qalxıb. Nə qədər su tökdük, nə qədər çalışdıq, ancaq söndürmək mümkün olmadı. 50 ildə çəkdiyim əziyyət 40 dəqiqəyə yoxa çıxdı" , - deyə Abid Qasımov çarəsizliyini ifadə edib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 180 kvadratmetr olan kürsülü, birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları tamamilə yanıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Ətraflı Baku TV-nin süjetində:скачать dle 11.3
Mojo.az Banner