Mojo.az Banner
17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:38 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda "Azəriqaz"ın adı ilə 7000 manatlıq dələduzluq

20.02.2026 18:03 414
Lənkəranda
"Azəriqaz" ASC-nin Lənkəran Regional Qaz İstismarı İdarəsinə işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Lənkəran Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunan N.Həsənzadəyə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli saxlanıldığı 1 gün təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 

İş materiallarından aydın olur ki, N.Həsənzadə B.Muxtarzadə adlı vətəndaşa oğlunu "Azəriqaz" ASC-nin Lənkəran Regional Qaz İstismarı İdarəsində "nəzarətçilərin rəhbəri" vəzifəsinə işə düzəldəcək. Bunun müqabilində isə zərərçəkmişdən 7000 manat pul alıb. B.Muxtarxadə sonradan aldadıldığını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. 

Sonradan məlum olub ki, N.Həsənzadə başqa iki nəfərə qarşı da dələduzluq edib. Məhkəmə zamanı N.Həsənzadə verilmiş ittiham üzrə özünü təqsirli bilib. 
скачать dle 11.3
Mojo.az Banner