Mojo.az Banner
19:26 Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti AÇIQLANDI  |     19:16 Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb  |     19:01 Günəşdə ay ərzində ən güclü partlayış baş verib  |     18:54 Abşeron polisi silsilə oğurluqlar törədən 32 yaşlı kişini saxlayıb  |     18:46 İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI  |     18:34 Bakıda güclü yanğın başlayıb  |     18:29 Heyvanmənşəli qidalara dair yeni qaydalar təsdiqləndi  |     18:24 Bakıda oteldə iş yoldaşını öldürən şəxsə 11 il 6 ay həbs cəzası verilib  |     18:21 Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO  |     17:55 Banqladeşin yeni prezidenti bəlli oldu  |     17:46 İnsanlarda qorxu hissi necə yaranır?  |     17:37 Dünyanın ən bahalı futbol klublarının yeni reytinqi açıqlandı  |     17:32 Azərbaycanda müəllim VƏFAT ETDİ  |     17:26 Azərbaycanda çimərliklər abadlaşacaq, dağ turizmi inkişaf edəcək  |     17:24 Yayda ayaq şişkinliyinə diqqət: Ürək xəstəliyinin əlaməti ola bilər  |     17:17 "İranın bank hesablarının məhdudlaşdırılması gözlənilir" - İqtisadçı  |     16:52 "Neftçi"nin məğlub olacağını deyən dostunu küçədə döydü  |     16:49 Azərbaycanda viza ilə bağlı yenilik olacaq  |     16:44 V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlandı  |     16:42 AFFA-dan özünə xəsarət yetirən futbolçuya ağır cəza  |    
Left Banner
Right Banner

İşə düzəltmək adı ilə qohumlarını aldatdı - 20 min manatlıq dələduzluq

03.02.2026 19:04 312
İşə düzəltmək adı ilə qohumlarını aldatdı - 20 min manatlıq dələduzluq
İşlə təmin edəcəyinə dair vəd verməklə qohumlarına qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Ü.Ə.-yə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun ev dustaqlığında saxlanıldığı 2 ay 4 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 9 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, Ü.Ə. qohumlarından birinə onu "Euro Klima” şirkətində işlə təmin edəcəyinə söz verib. Daha sonra bankdan onun adına 3500 manat kredit müqaviləsi rəsmiləşdirib. Həmçinin zərərçəkmişin adına "Kontakt Home” mağazasından isə 4899 manat dəyərində noutbuk kreditə götürüb.

Ü.Ə. qohumunu inandırıb ki, kreditlər işə düzələcəyi şirkət tərəfindən ödəniləcək. O, digər qohumunu da oxşar üsulla aldadaraq onun adına 12 000 manat kredit rəsmiləşdirib.

Qohumlar aldadıldıqlarını anladıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə zamanı Ü.Ə. özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.скачать dle 11.3
Mojo.az Banner