Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

İşə düzəltmək adı ilə qohumlarını aldatdı - 20 min manatlıq dələduzluq

03.02.2026 21:39 570
İşə düzəltmək adı ilə qohumlarını aldatdı - 20 min manatlıq dələduzluq
İşlə təmin edəcəyinə dair vəd verməklə qohumlarına qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Median.Az
xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Ü.Ə.-yə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun ev dustaqlığında saxlanıldığı 2 ay 4 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 9 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, Ü.Ə. qohumlarından birinə onu "Euro Klima” şirkətində işlə təmin edəcəyinə söz verib. Daha sonra bankdan onun adına 3500 manat kredit müqaviləsi rəsmiləşdirib.

Həmçinin zərərçəkmişin adına "Kontakt Home” mağazasından isə 4899 manat dəyərində noutbuk kreditə götürüb.

Ü.Ə. qohumunu inandırıb ki, kreditlər işə düzələcəyi şirkət tərəfindən ödəniləcək. O, digər qohumunu da oxşar üsulla aldadaraq onun adına 12 000 manat kredit rəsmiləşdirib.
Qohumlar aldadıldıqlarını anladıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə zamanı Ü.Ə. özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.//qaynarinfo

Son xəbərlər