Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Sloveniya prezidentləri arasında məktub mübadiləsi olub

20.02.2026 16:53 885
Azərbaycan və Sloveniya prezidentləri arasında məktub mübadiləsi olub
Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Median.Az
President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Sloveniya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar səmimi təbriklərimi, Azərbaycan xalqına davamlı uğurlar, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

Son üç onillikdə Sloveniya və Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı hörmətə, etimada və əməkdaşlıqla bağlı ortaq öhdəliyə əsaslanan dostluq münasibətlərinin və konstruktiv əlaqələrin inkişaf etdiyini bildirməkdən böyük məmnunluq duyuram. Əminəm ki, ölkələrimizin əlaqələri qarşılıqlı maraq doğuran sahələrdə, xüsusilə də iqtisadiyyat, enerji təhlükəsizliyi, yeni texnologiyaların inkişafı istiqamətlərində uğurla dərinləşəcək və genişlənəcək, xalqlarımız arasında dostluq münasibətləri möhkəmlənəcəkdir.

Beynəlxalq sülhü və təhlükəsizliyi təşviq etmək, davamlı inkişafı dəstəkləmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq istiqamətlərində birgə səylərimiz qlobal problemlərin kollektiv fəaliyyətlə həllinə sadiq olduğumuzu nümayiş etdirir. Biz qarşılıqlı anlaşmanın, sabitliyin və sülhün təşviqi üçün beynəlxalq təşkilatlar çərçivəsində birlikdə işləməyə davam edəcəyik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bundan başqa, dövlətimizin başçısı sloveniyalı həmkarına təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Sevindirici haldır ki, ötən otuz illik dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənmiş, müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı inkişaf etmişdir.

İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Sloveniya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Sloveniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Son xəbərlər