"Bayramqabağı düyü yenidən bahalaşacaq" (AÇIQLAMA) » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:15 Qazaxda 19 yaşlı oğlan intihar edib  |     14:04 Bakıda səhər tezdən işə gedən gənc oğlan YOXA ÇIXDI  |     14:03 Məhkəmə birlikdə yaşadığı qadını öldürən şəxslə bağlı qərar çıxardı  |     13:56 Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq  |     13:52 "Oskar"a namizədlər açıqlanıb - TAM SİYAHI  |     13:26 Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO  |     13:20 Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək  |     13:07 İstanbulda "Əl-Qaidə" əməliyyatı: İki əsas üzvü saxlanıldı  |     12:58 Azərbaycanda vəzifəli şəxs həbs edildi - Foto  |     12:53 Tiktoker “Roşka” yenidən həbs edildi  |     12:44 Türkiyədə hotel yanğınında çox sayda uşaq ölüb: Rəqəm açıqlandı  |     12:38 Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir  |     12:33 Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımın MƏHKƏMƏSİ  |     12:19 Bu qaydaları Nazirlər Kabineti təsdiqləyəcək  |     12:09 Bakıda məşhur klinikanın fəaliyyəti dayandırılacaq  |     11:59 Bakıda bu dəmir yollarının əsaslı təmirinə başlanıldı  |     11:56 AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama - Təcili  |     11:42 Bakıda əməliyyat: qadın saxlanıldı  |     11:29 Azərbaycanda pensiya və müavinətlər nə vaxt veriləcək? - RƏSMİ CAVAB  |     11:25 Bu ərazilərdə yağış yağıb  |    

"Bayramqabağı düyü yenidən bahalaşacaq" (AÇIQLAMA)

"Azərbaycanın düyü ilə təminatı çox aşağı səviyyədədir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Vahid Məhərrəmli 2024-cü ildə uzun düyünün qiymətinin kəskin bahalaşması ilə bağlı statistikaya aydınlıq gətirərkən deyib.

O bildirib ki, Azərbaycan 87% düyüyə olan təlabatını idxalın hesabına ödəyir:

"87-90% idxaldan asılıyıq. Dünya bazarında düyünün qiymətində artımlar müşahidə olunsa da son vaxtlar qiymətlər aşağı düşür. Əslində noyabr ayında qiymətlər enməli idi. Ona görə ki, oktyabr ayında dünya bazarında düyünün qiyməti ucuzlaşmışdı. BMT-in Kənd təsərrüfatı və ərzaq təşkilatı dünya üzrə qiymətləri araşdırır. Onların hesabatına görə, oktyabr və noyabr aylarında bütün npv düyülərin qiymətində enmə var. Təəssüflər olsun Azərbaycanda düyü idxalı monopoliyada olduğu üçün bu sahə ilə məşğul olanlar çalışırlar ki, qiyməti maraqlarına uyğun tənzimləsinlər”.

Vahid Məhərrəmli bayramqabağı düyünün qiymətində yenidən artım olacağını düşünür:

"Hamı düyü almağa məcbur olacaq. Ona görə də qiyməti artıracaqlar”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2024-cü ildə hansı ərzaq məhsullarının bahalaşması ilə bağlı siyahını açıqlayıb. Cari ilin noyabr ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma uzun düyünün qiymətlərində müşahidə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            183 11.12.24 21:20