Təcili yardım çağırışına gedən həkim özü xəstəxanalıq olub: Qarşı tərəfi hansı cəza gözləyir? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |     12:19 Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb  |     12:10 Bakıdakı şadlıq saraylarında toylar DAYANDIRILIB  |     12:09 Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub  |     12:04 Təyyarə qəzasında həlak olan Cəlilabad sakininin kimliyi müəyyən olundu  |     11:39 Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verib  |     11:20 Qazaxıstan KİV: 7 nəfərin cəsədinin şəxsiyyəti müəyyən edilib  |    

Təcili yardım çağırışına gedən həkim özü xəstəxanalıq olub: Qarşı tərəfi hansı cəza gözləyir? - VİDEO

Təcili yYardım çağırışına gedən həkim özü xəstəxanalıq olub.

Median.Az
Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, dekabrın 8-i Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə daxil olan çağırış ilə ünvana gedən həkim xəstənin yaxınları tərəfindən döyülüb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Hüquqşünas Emil Aslanov bildirib ki, təcili yardım əməkdaşlarına qarşı fiziki zorakılıq göstərmək və ya onları döymək, qanunvericiliyə görə, cinayət məsuliyyəti yaradır. Konkret cəzalar isə hadisənin xarakterindən və nəticələrindən asılı olaraq dəyişir.

Hüquqşünas həmçinin onu da bildirib ki, əgər xəsarətlər ictimai yerdə törədilibsə, əlavə olaraq xuliqanlıq niyyəti ilə cəza verilərək müddət uzadıla bilər.

Ətraflı süjetdə:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            303 11.12.24 11:44