Azərbaycanda bu şəxslərin pensiyası artacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:54 "Günəşli" neft yatağında baş verən faciədən doqquz il keçdi  |     11:52 Makron istefa verməkdən imtina etdi  |     11:49 Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü  |     11:46 Yarım milyon manatı mənimsəyən direktor məhkəmənin qərarından narazıdır  |     11:11 Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı  |     22:59 Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb  |     22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |     22:41 Salyanda idarə müdiri işdən ÇIXARILDI  |     22:35 Kobaxidze onları HƏDƏLƏDİ  |     22:28 Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO  |     22:22 Mask: ABŞ faktiki iflasa yaxınlaşır  |     22:10 Zelenski Ukraynada yeni raketlərin sınaqdan keçirildiyini açıqlayıb  |     22:00 Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər  |     21:47 Tbilisidə etirazlar zamanı ümumilikdə 143 polis əməkdaşı xəsarət alıb  |     21:40 Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb  |     21:36 Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub - VİDEO  |     21:30 Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq  |     21:24 Rüfət Səfərov saxlanıldı  |     20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |    

Azərbaycanda bu şəxslərin pensiyası artacaq

Əmək pensiyaçılarının sayını nəzərə alsaq, indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın gələn ildən pensiya məbləğlərində artım qeydə alınacaq.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. 

O qeyd edib ki, 2024-cü ildə əmək pensiyaları üçün 6 milyard 525 milyon manat manat nəzərdə tutulub.

"Deməli, indeksləşdirmə kifayət qədər böyük pensiya fondu üzərindən aparılacaq və bu da sosial təminat siyasətinin səmərəlliyini göstərir. Eyni zamanda, əmək pensiyaçılarının sayını nəzərə alsaq, indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın gələn ildən pensiya məbləğlərində artım qeydə alınacaq.
Sosial mediada suallar verilir, nə üçün orta aylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdıraraq indeksləşdirilir. Əvəlla, son 5 ilə nəzərə salsaq, nominal orta aylıq əməkhaqqındakı artım faizi həmin müddət üzrə orta inflyasiya səviyyəsini üstələyib. Deməli, əməkhaqqı artımına bağlılıq vətəndaşlarımızın pensiya məbləğinin daha çox artmasına imkan yaradır. Digər tərəfdən, DSMF-in büdcəsi əsasən məcburi sosial sığorta yığımları hesabına formalaşır. Sosial sığorta yığımları həcmi isə ölkə üzrə ümumi əməkhaqqı fondunun məbləğinə bağlı dəyişir. Yəni, bu o deməkdir ki, əməkhaqqı fondu nə qədər çox artırsa, sosial ayırmalar o qədər artır. Bu həmçinin o deməkdir ki, əmək pensiyalarının indeksləşdirilməsinin orta aylıq əməkhaqqındakı artıma indeksləşdirilməsi bir tərəfdən vətəndaşlarımız üçün daha çox pensiya artımı demək olmaqla yanaşı, həmçinin DSMF-in dayanıqlığının qorunub saxlanmasına imkan yaradır. Yəni, fond əməkhaqqı fondundakı artımlar hesabına əldə edilən yığımlar hesabına pensiyaları indeksləşdirərək fiskal dayanıqlığını qoruyub saxlayır",- o deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            135 03.12.24 15:24