Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq.
Apa xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Brüsseldə NATO xarici işlər nazirlərinin toplantısına gələrkən jurnalistlərə bildirib.
“Biz NATO çərçivəsində Ukrayna üçün 63,5 milyon avro, ikitərəfli əsasda humanitar yardım üçün isə daha 30 milyon avro ayırırıq”, - nazir qeyd edib.