Suriya ordusu terror qruplaşmalarının mövqelərinə qarşı əks-hücuma hazırlıq çərçivəsində Həma vilayətinin şimalına əlavə qüvvələr göndərir.
Bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
"Suriya qoşunları müdafiə xəttini möhkəmləndirirlər. Həmin ərazilərdə terror qruplaşmalarının mövqelərinə qarşı əks-hücuma hazırlıq çərçivəsində Həma vilayətinin şimalındakı ön cəbhə xəttinə əlavə qüvvələr göndərirlər", - agentlik yazıb.
Məlumata görə, Həma vilayətinin şimal-qərbində Suriya hərbçiləri ilə terrorçular arasında şiddətli döyüşlər gedir.
///report