Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:44 Müğənni Kərimin ölkədən çıxışına qadağa qoyuldu  |     22:28 Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edildi  |     22:11 Azərbaycanda 3 milyon dəyərində xüsusi bunker tikiləcək  |     21:50 Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu  |     21:33 Bu səbəbdən kompensasiya ödəniləcək  |     21:13 "COP29 xüsusi hərəkət zolaqları" qüvvədən düşən yollar açıqlanıb - Siyahı  |     21:03 Tbilisidə yenidən etiraz aksiyaları başlayıb  |     20:55 Azərbaycanda bir ailənin 4 üzvü xəstəxanalıq oldu  |     20:48 Əhaliyə XƏBƏRDARLIQ: dekabrın 3-də...  |     20:45 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     20:31 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 14 ailə Cəbrayıla köçürülüb  |     20:26 17 yaşlı hokkeyçi xeyriyyə matçı zamanı dünyasını dəyişib  |     20:20 Berlində bir gecədə 17 yük maşını yandırılıb  |     20:14 Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub  |     20:05 Çində gəminin aşması nəticəsində səkkiz nəfər ölüb  |     19:59 Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək  |     19:51 Ötən ay apteklərdə 15 yoxlama aparılıb, üçündə nöqsanlar aşkarlanıb  |     19:43 Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ  |     19:38 Pakistan Azərbaycanla birgə layihələrin təşviqi üçün koordinator təyin edəcək  |     19:31 Lebron Ceyms NBA-da yeni uğura imza atıb  |    

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən bir qrup vətəndaşın 2021-2022-ci illərdə TKTA-ya təqdim etdiyi diplomların dövlət nümunəli olmadığı (saxta olduğu) aşkarlanıb.

Bu barədə  Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.
Qeyd edilir ki, həmin diplomlar əsasında doqquz şəxsə təqdim edilmiş tanınmaya dair şəhadətnamələr qanunvericiliyə uyğun olaraq ləğv olunub.

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.

Qaydaların 4-cü hissəsinə əsasən tanınma üçün təqdim olunan xarici ali təhsil sənədinin autentik (həqiqi) olması tanınmaya dair başlıca tələblərdəndir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            93 02.12.24 21:50