Pakistan Azərbaycanla birgə layihələrin təşviqi üçün koordinator təyin edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:13 "COP29 xüsusi hərəkət zolaqları" qüvvədən düşən yollar açıqlanıb - Siyahı  |     21:03 Tbilisidə yenidən etiraz aksiyaları başlayıb  |     20:55 Azərbaycanda bir ailənin 4 üzvü xəstəxanalıq oldu  |     20:48 Əhaliyə XƏBƏRDARLIQ: dekabrın 3-də...  |     20:45 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     20:31 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 14 ailə Cəbrayıla köçürülüb  |     20:26 17 yaşlı hokkeyçi xeyriyyə matçı zamanı dünyasını dəyişib  |     20:20 Berlində bir gecədə 17 yük maşını yandırılıb  |     20:14 Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub  |     20:05 Çində gəminin aşması nəticəsində səkkiz nəfər ölüb  |     19:59 Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək  |     19:51 Ötən ay apteklərdə 15 yoxlama aparılıb, üçündə nöqsanlar aşkarlanıb  |     19:43 Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ  |     19:38 Pakistan Azərbaycanla birgə layihələrin təşviqi üçün koordinator təyin edəcək  |     19:31 Lebron Ceyms NBA-da yeni uğura imza atıb  |     19:25 Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir  |     19:19 Haaqa Məhkəməsi tarixində ilk dəfə iqlim məsələləri ilə bağlı dinləmələr keçirəcək  |     19:11 Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən var  |     19:03 Ağdərədə dörd nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıb  |     18:57 Ötən il 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri kəskin artıb  |    

Pakistan Azərbaycanla birgə layihələrin təşviqi üçün koordinator təyin edəcək

Pakistan Azərbaycanla birgə layihələrin təşviqi və ticarət tərəfdaşlığının gücləndirilməsi üçün koordinator təyin edəcək.

Bu barədə “Report” Pakistanın Xüsusi İnvestisiya Şurasına (SIFC) istinadən xəbər verir.

Qeyd olunub ki, bu razılaşma Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə naziri Abdul Alim Xanla görüşü zamanı əldə edilib.

Nazir turizm də daxil olmaqla müxtəlif sektorlarda ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib: "Biz münasibətlərimizi biznes və ikitərəfli ticarətə çevirməliyik və hər iki tərəf bu məqsədə çatmaqda müsbət irəliləyiş əldə edir".

Abdul Alim Xan Azərbaycan şirkətlərini Pakistana sərmayə qoymağa və hökumətlərarası (G2G) və korporativlərarası (B2B) müqavilələr və sazişlər çərçivəsində kommersiya müəssisələri yaratmağa dəvət edib.

O, həmçinin Kəraçini Sukkur və Sukkuru Heydərabadla birləşdirən M6 və M9 magistral yollarının tikintisi də daxil olmaqla Pakistanın infrastruktur sektoruna investisiya imkanlarını ətraflı müzakirə edib.

Nazir vurğulayıb ki, Pakistanın müxtəlif sektorlarda böyük potensialı var və xarici investorlar bundan səmərəli istifadə edə bilərlər.

Səfir öz növbəsində Azərbaycanın Pakistanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu, investisiya imkanlarını və birgə layihələri fəal şəkildə araşdıracağını qeyd edib.

"Görüşdə Pakistan, Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli əməkdaşlıq da müzakirə edilib. Azərbaycanla sıx əlaqələrin saxlanılması üçün SIFC-dən koordinatorun təyin edilməsi qərara alınıb", - məlumatda bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            111 02.12.24 19:38