Nəcməddin Sadıkovun yaxın adamı bəraət istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:30 "Türkiye gazetesi": "Bəşər Əsəd Türkiyəyə danışıqlar təklifi göndərib"  |     15:28 Bir neçə vəzifəli şəxs həbs olundu: 24 milyon manatdan çox vəsait ölkəyə qaytarılmayıb  |     15:22 Bakıda avtomobil piyadanı vuraraq öldürdü  |     15:15 Bakıda yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     15:14 Tovuzda 6300 manatlıq mobil telefonlar oğurlanıb  |     15:13 Şəkidə 59 yaşlı kişi intihar edib  |     15:04 Sumqayıtda ərin bıçaqladığı qadın 50 gün sonra polisə şikayət etdi (YENİLƏNİB)  |     15:02 Yol polisindən yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT  |     15:01 Ermənistanda zəlzələ baş verib  |     15:00 Bakıda yeniyetmə itkin düşüb  |     14:23 Evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutuldu  |     14:13 Gəncədə 18 yaşlı oğlan bıçaqlandı  |     14:05 Yeni il tətilini xaricdə, yoxsa bölgələrdə keçirmək sərfəlidir? - VİDEO  |     13:56 Rusiyada qızla görüşə gedən məktəbliyə 27 güllə vuruldu  |     13:45 Stiven Spilberqin filminin aktyoru vəfat edib  |     13:33 Salah Avropanın ən çox maaş alan futbolçusu ola bilər  |     13:04 DİQQƏT: "WhatsApp"da yaxınlarınızın adından sizdən borc pul istəyə bilərlər - VİDEO  |     12:57 İsrail ordusu Suriya üzərində İrandan uçan təyyarəni geri çevirib  |     12:39 Azərbaycanda vaxtı keçmiş kreditlərin artmasına səbəb nədir? - VİDEO  |     12:33 Rusiya sülhməramlılarının sabiq rəhbəri yeni vəzifəyə təyin edilib  |    

Nəcməddin Sadıkovun yaxın adamı bəraət istəyir

Müdafiə Nazirliyinin hazırda başqa cinayətə görə məhkəməsi gedən məşhur sabiq zabiti Zahid Niftəliyev ("Şlyapa Zahid") və onunla birgə ittiham olunan "N" saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 5-nə təyin edilib.

Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, "Şlyapa Zahid" kimi tanınan Niftəliyev külli miqdarda rüşvət almaqda ittiham edilib. Tərtər Hərbi Məhkəməsi isə onun əməlini daha yüngül maddəyə tövsif edib. Hökmə əsasən, Niftəliyev 10 min manat cərimə cəzasına məhkum edilərək azadlığa buraxılıb.

Bundan sonra, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış yeni cinayət işi üzrə Zahid Niftəliyev həbs edilib. Gəncə Apellyasiya Məhkəməsinin yeni qərarı ilə isə "Şlyapa Zahid" 8 il 6 ay, onunla birgə ittiham olunaraq əvvəlki məhkəmədə bəraət alan N saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev 8 il azadlıqdan məhrum edilib.

İttihamları nə "Şlyapa Zahid", nə də Elsəvər Niftəliyev qəbul edir. Hər ikisi bəraət tələbi ilə Ali Məhkəməyə müraciət ediblər.

Xatırladaq ki, Zahid Niftəliyev DTX tərəfindən tutulduğu iş üzrə 42 milyon manat mənimsəmədə ittiham olunur. Hazırda həmin işlə bağlı məhkəmə araşdırması gedir.

Zahid Niftəliyev Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi məşhurlaşıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 02.12.24 12:00