"Paris Sen-Jermen" rəhbərliyi bu yay "Real"a yollanan Kilian Mbappenin yerinə komandaya yeni lider axtarır.
Bu barədə "El Nacional" məlumat yayıb.
Paris klubuna yaxın mənbələrin məlumatına görə, PSJ-nin prezidenti Naser Əl-Xəlaifi "Liverpul"un lideri Məhəmməd Salahın transferini təmin etməyə çalışır
"PSJ" cari müqaviləsi 2025-ci il iyunun 30-na kimi davam edən misirliyə ildə təxminən 40 milyon avro ödəməyə hazırdır. Müxtəlif bonusların əlavə oluna biləcəyi bu məbləğ sayəsində Salahın Avropanın ən yüksək maaş alan futbolçusu olacağı gözlənilir.
Bildirilir ki, PSJ yanvarda Salahın transferi ilə bağlı "Liverpul" ilə danışıqlara hazırlaşır.
Qeyd edək ki, Salah bu mövsüm Premyer Liqada 12 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.