Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "alma" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilərkən 31 kq 805 qr narkotik vasitə - marixuana aşkar olunub.
Median.Az bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Məlumata görə, nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərində şübhəli cizgilər müşahidə olunduğundan yoxlamaya kinoloji xidmət iti cəlb edilib.
Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən, 12 paletin altlığında gömrük nəzarətindən gizlədilmiş düzbucaqlı formalı 105 bağlamada xalis çəkisi 31 kq 805 qr narkotik vasitə - marixuana aşkar olunub.