Haaqa Məhkəməsi tarixində ilk dəfə iqlim məsələləri ilə bağlı dinləmələr keçirəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 Bu səbəbdən kompensasiya ödəniləcək  |     21:13 "COP29 xüsusi hərəkət zolaqları" qüvvədən düşən yollar açıqlanıb - Siyahı  |     21:03 Tbilisidə yenidən etiraz aksiyaları başlayıb  |     20:55 Azərbaycanda bir ailənin 4 üzvü xəstəxanalıq oldu  |     20:48 Əhaliyə XƏBƏRDARLIQ: dekabrın 3-də...  |     20:45 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     20:31 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 14 ailə Cəbrayıla köçürülüb  |     20:26 17 yaşlı hokkeyçi xeyriyyə matçı zamanı dünyasını dəyişib  |     20:20 Berlində bir gecədə 17 yük maşını yandırılıb  |     20:14 Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub  |     20:05 Çində gəminin aşması nəticəsində səkkiz nəfər ölüb  |     19:59 Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək  |     19:51 Ötən ay apteklərdə 15 yoxlama aparılıb, üçündə nöqsanlar aşkarlanıb  |     19:43 Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ  |     19:38 Pakistan Azərbaycanla birgə layihələrin təşviqi üçün koordinator təyin edəcək  |     19:31 Lebron Ceyms NBA-da yeni uğura imza atıb  |     19:25 Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir  |     19:19 Haaqa Məhkəməsi tarixində ilk dəfə iqlim məsələləri ilə bağlı dinləmələr keçirəcək  |     19:11 Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən var  |     19:03 Ağdərədə dörd nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıb  |    

Haaqa Məhkəməsi tarixində ilk dəfə iqlim məsələləri ilə bağlı dinləmələr keçirəcək

BMT-nin Haaqa Məhkəməsi yarandığı gündən bəri ilk dəfə bu gün iqlim dəyişikliyi ilə bağlı dinləmələrə başlayacaq.

BMT-nin ali məhkəmə orqanı ilk dəfə dövlətlərin ekoloji problemlərə görə məsuliyyəti və planetin qorunması ilə bağlı öhdəliklərinə dair məsələlərə baxacaq.

İclas Vanuatu və həssas ada dövlətləri olan Fici, Papua-Yeni Qvineya və Solomon adaları, eləcə də İndoneziya və Timor-Lesteni təmsil edən Melaneziya Təşəbbüs Qrupunun bəyanatı ilə açılacaq.

Dinləmələrin keçirilməsində məqsəd ətraf mühitin istixana qazı tullantılarından mühafizəsi üçün "hüquqi plan"ın yaradılması və bu öhdəlikləri yerinə yetirməyən ölkələr üçün nəticələrin müəyyən edilməsidir. Dinləmələrdə 98 ölkə, 12 təşkilat və qrupun nümayəndələri iştirak edəcəklər ki, bu da məhkəmə tarixində bu cür ən böyük toplantıdır. Onların arasında istixana qazı tullantılarının ən böyük mənbəyi olan üç ölkə - Çin, ABŞ və Hindistan da var.

İki həftəlik dinləmələrin sonunda təşkilatların, o cümlədən Avropa İttifaqı və Neft İxrac edən Ölkələr Təşkilatının bəyanatla çıxış edəcəyi gözlənilir.

Dinləmələr Azərbaycanda baş tutmuş BMT-nin COP29 iqlim konfransından sonra keçirilir. Həmin konfransda inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrdə iqlim tədbirlərinin maliyyələşdirilməsi üçün 2035-ci ilə qədər illik 300 milyard dollar ayırmağı öhdələrinə götürüb.

Bu dinləmələrin nəticələri iqlimlə bağlı gələcək məhkəmə prosesləri və beynəlxalq siyasət üçün mühüm hüquqi əsas yarada bilər ki, bu da potensial olaraq qarşıdakı illər üçün iqlim böhranına qlobal cavabı müəyyən edə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            108 02.12.24 19:19