Gürcüstanın paytaxtı Tbilisidə kaçirilən son parlament seçkilərinin əleyhinə etiraz aksiyaları yenidən başlayıb.
Apa xəbər verir ki, ötən ayın 28-dən müxaliət tərəfindən başladılan aksiyalar bu gün də davam edir. Aksiyaçılar parlament binası yaxınlığında toplaşmağa başlayıblar.
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları aksiya iştirakçılarını dağıtmaü üçün göz yaşardıcı qazlardan istifadə etməyə başlayıblar.
Hazırda etirazçıların Parlament binasından uzaqlaşdığı və yalnız Rustaveli prospektində dayandıqları bildirilir.
Batumidə, Avropa Meydanında da etiraz aksiyasının yenidən başladığı bildirilir. Gənclər Gürcüstanın və Avropa İttifaqının bayraqlarını açıblar.
Aksiya iştirakçıları öz ölkələrinin Avropa gələcəyi üçün mübarizəni davam etdirəcəklərini bildiriblər.
Qorinin mərkəzində də etiraz aksiyası keçirilir. Bu dəqiqələrdə toplaşanlar şəhərin küçələri ilə yürüşə başlayıblar.