Berlində bir gecədə 17 yük maşını yandırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:28 Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edildi  |     22:11 Azərbaycanda 3 milyon dəyərində xüsusi bunker tikiləcək  |     21:50 Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu  |     21:33 Bu səbəbdən kompensasiya ödəniləcək  |     21:13 "COP29 xüsusi hərəkət zolaqları" qüvvədən düşən yollar açıqlanıb - Siyahı  |     21:03 Tbilisidə yenidən etiraz aksiyaları başlayıb  |     20:55 Azərbaycanda bir ailənin 4 üzvü xəstəxanalıq oldu  |     20:48 Əhaliyə XƏBƏRDARLIQ: dekabrın 3-də...  |     20:45 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     20:31 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 14 ailə Cəbrayıla köçürülüb  |     20:26 17 yaşlı hokkeyçi xeyriyyə matçı zamanı dünyasını dəyişib  |     20:20 Berlində bir gecədə 17 yük maşını yandırılıb  |     20:14 Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub  |     20:05 Çində gəminin aşması nəticəsində səkkiz nəfər ölüb  |     19:59 Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək  |     19:51 Ötən ay apteklərdə 15 yoxlama aparılıb, üçündə nöqsanlar aşkarlanıb  |     19:43 Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ  |     19:38 Pakistan Azərbaycanla birgə layihələrin təşviqi üçün koordinator təyin edəcək  |     19:31 Lebron Ceyms NBA-da yeni uğura imza atıb  |     19:25 Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir  |    

Berlində bir gecədə 17 yük maşını yandırılıb

Almaniyanın paytaxtı Berlində, eləcə də Lixtenberq və Martsan rayonlarındakı iki sənaye dayanacağında ötən gecə 17 yük maşını yandırılıb.

“Report” Almaniya KİV-inə istinadən xəbər verir ki, polis yanğının siyasi motivlərlə törədilə biləcəyini istisna etmir.

Məlumata görə, ilk yanğınlar səhər saat 3 radələrində baş verib. Lixtenberqdə səkkiz yük maşını yanıb, doqquz nəqliyyat vasitəsi isə Lixtenberq və Martsan rayonlarının sərhədində yandırılıb.

Diqqətçəkən məqam odur ki, yük maşınlarının bir qismi beton istehsalı ilə məşğul olan “Cemex” şirkətinin ərazisində yerləşib. Şirkət artıq hücumlara məruz qalıb - bir il əvvəl onun Berlindəki əmlakı, ehtimal ki, yollardan birinin genişləndirilməsində iştirakına görə yandırılıb. Yanğınların söndürülməsinə 100-dən çox yanğınsöndürən cəlb edilib.

Xəsarət alanlar barədə məlumat yoxdur. Polis və yanğınsöndürmə xidmətləri hadisələrin səbəblərinin araşdırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            108 02.12.24 20:20