"Sumqayıtda baş verən bıçaqlanma hadisəsi oktyabr ayında baş verib".
Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.
"Noyabrın 30-da Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə 2002-ci il təvəllüdlü Z.Məmmədli müraciət edərək cari il oktyabrın 11-də yaşadığı mənzildə əri tərəfindən fiziki zorakılığa məruz qaldığını və kəsici alətlə onun qol nahiyəsinə xəsarət yetirdiyini bildirib.
Hazırda müraciət üzrə təhqiqat araşdırmaları aparılır", - deyə məlumatda bildirilib.
* * * * *
Sumqayıtda ər arvadını bıçaqlayıb.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
1993-cü il təvəllüdlü Vüqar Məmmədli ailə münaqişəsi zəminində həyat yoldaşı 2002-ci il təvəllüdlü Zəkiyyə Məmmədliyə bıçaqla xəsarətlər yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.