Tədbirlərlə 31 yaşlı Asəddin Feyziyev və qohumu, əvvəllər məhkum olunmuş 32 yaşlı Tural Kazımov saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri ümumilikdə 10 kiloqram marixuana və metamfetamin aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitə və psixotrop maddəni maddi qazanc qarşılığında deyiləcək ünvana çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.