Qışda dərslər 1 saat gec başlasın - TƏKLİF » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:31 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 14 ailə Cəbrayıla köçürülüb  |     20:26 17 yaşlı hokkeyçi xeyriyyə matçı zamanı dünyasını dəyişib  |     20:20 Berlində bir gecədə 17 yük maşını yandırılıb  |     20:14 Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub  |     20:05 Çində gəminin aşması nəticəsində səkkiz nəfər ölüb  |     19:59 Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək  |     19:51 Ötən ay apteklərdə 15 yoxlama aparılıb, üçündə nöqsanlar aşkarlanıb  |     19:43 Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ  |     19:38 Pakistan Azərbaycanla birgə layihələrin təşviqi üçün koordinator təyin edəcək  |     19:31 Lebron Ceyms NBA-da yeni uğura imza atıb  |     19:25 Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir  |     19:19 Haaqa Məhkəməsi tarixində ilk dəfə iqlim məsələləri ilə bağlı dinləmələr keçirəcək  |     19:11 Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən var  |     19:03 Ağdərədə dörd nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıb  |     18:57 Ötən il 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri kəskin artıb  |     18:50 Atlantik okeanda siklonların sayı proqnozları xeyli üstələyib  |     18:45 Binə Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     18:39 Bloqer Nail Kəmərlinin evindən oğurluq edildi - VİDEO  |     18:31 Azərbaycanda gəlin toy gecəsi ata evinə qaytarıldı - Bəy CƏZALANDIRILDI  |     18:24 Bakıda hərbçi qəfil vəfat etdi  |    

Qışda dərslər 1 saat gec başlasın - TƏKLİF

"Dekabr ayıdır, tezdən saat 8-ə qalır, amma hələ də ala qaranlıqdır. Küçələrdə məktəbə tələsən uşaqlar görünür. Hələ qışın sərt aylarında - yanvarda, fevralda - bu saatlar tamamilə zülmət olur. Sürüşkən yollar, soyuq hava və qaranlıq küçələr məktəblilər üçün təhlükəsiz deyil. Bununla belə, bu uşaqlar dərsə çatmaq üçün ən geci saat 7-də yuxudan oyanmağa məcburdurlar".

Bu fikirləri təhsil eksperti Kamran Əsədov məktəblərdə dərs saatlarının səhər saat 7:30-da, 8:00-də başlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, səhər erkən saatlarda - alqaqaranlıqda dərsə getmək azyaşlı uşaqlara mənfi təsir göstərir:

"Bu vəziyyət təkcə fiziki deyil, həm də psixoloji və akademik təsirlər yaradır. Erkən oyanmaq kiçik yaşlı uşaqların təbii yuxu ritminə uyğun deyil. Onlar dərsə yorğun, diqqətsiz və motivasiyasız gəlirlər. Üstəlik, qaranlıqda məktəbə gedən şagirdlərin təhlükəsizliyi də ciddi narahatlıq doğurur".

Ekspert deyir ki, qış aylarında dərsləri 1 saat gec başlamaq olar. K.Əsədov bu təklifini belə əsaslandırıb:

"Bu addım uşaqların sağlamlığını və təhlükəsizliyini qoruyar; Onların yuxu rejimini tənzimləyər və dərslərdə diqqəti artırar; Həm də valideynlər üçün erkən səhər tələsikliyini bir qədər yüngülləşdirər".

K.Əsədovun sözlərinə görə, uşaqları sağlam və təhlükəsiz təhsil mühiti təmin etmək vacibdir:

"Məqsədimiz yalnız dərs vermək deyil, həm də uşaqlarımıza sağlam və təhlükəsiz bir təhsil mühiti təmin etməkdir. Qış aylarında məktəb dərslərinin başlanğıc saatını dəyişmək bu istiqamətdə atılan kiçik, amma çox önəmli bir addım ola bilər. Təhsil təkcə kitablarla yox, həm də uşaqlarımızın həyat keyfiyyətini artırmaqla inkişaf edir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            93 02.12.24 18:05