Ötən il 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri kəskin artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 Bu səbəbdən kompensasiya ödəniləcək  |     21:13 "COP29 xüsusi hərəkət zolaqları" qüvvədən düşən yollar açıqlanıb - Siyahı  |     21:03 Tbilisidə yenidən etiraz aksiyaları başlayıb  |     20:55 Azərbaycanda bir ailənin 4 üzvü xəstəxanalıq oldu  |     20:48 Əhaliyə XƏBƏRDARLIQ: dekabrın 3-də...  |     20:45 Ağdərə-Kəlbəcər yolunda aşan avtomobildə dörd nəfər ölüb, bir nəfər yaralanıb - YENİLƏNİB  |     20:31 Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 14 ailə Cəbrayıla köçürülüb  |     20:26 17 yaşlı hokkeyçi xeyriyyə matçı zamanı dünyasını dəyişib  |     20:20 Berlində bir gecədə 17 yük maşını yandırılıb  |     20:14 Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub  |     20:05 Çində gəminin aşması nəticəsində səkkiz nəfər ölüb  |     19:59 Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək  |     19:51 Ötən ay apteklərdə 15 yoxlama aparılıb, üçündə nöqsanlar aşkarlanıb  |     19:43 Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ  |     19:38 Pakistan Azərbaycanla birgə layihələrin təşviqi üçün koordinator təyin edəcək  |     19:31 Lebron Ceyms NBA-da yeni uğura imza atıb  |     19:25 Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir  |     19:19 Haaqa Məhkəməsi tarixində ilk dəfə iqlim məsələləri ilə bağlı dinləmələr keçirəcək  |     19:11 Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən var  |     19:03 Ağdərədə dörd nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıb  |    

Ötən il 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri kəskin artıb

2023-cü ildə 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri 632 milyard dollara çatıb ki, bu da real ifadədə 2022-ci illə müqayisədə 4,2% artım deməkdir.

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) qlobal silah ticarəti ilə bağlı son hesabatında məlumat verib.

Ekspertlər qeyd ediblər ki, silah satışından əldə edilən gəlirlərin artımı bütün regionlarda, xüsusən də Rusiya və Yaxın Şərqdə nəzərə çarpır.

“Kiçik istehsalçılar Qəzza və Ukraynadakı münaqişələr, Şərqi Asiyada artan gərginlik və geniş yayılmış hərbi yenidən silahlanma proqramlarından irəli gələn yeni tələbatdan faydalanıblar. Top 100 şirkət artan tələbata cavab olaraq 2023-cü ildə istehsalını artırıb və gəlirlər 2022-ci ildə azaldıqdan sonra yenidən yüksəlib. Firmaların təxminən dörddə üçü illik gəlirlərini artırıb. 2023-cü ildə silah satışından əldə edilən gəlirdə nəzərəçarpacaq artım olub və bu, 2024-cü ildə də davam edəcək”, - hesabatda deyilir.

Üç Türkiyə şirkəti, əsasən, Ukraynadakı münaqişə və hökumətin silah istehsalında özünü təmin etmək üçün davam edən səylər nəticəsində gəlirlərini 24% artaraq 6 milyard dollara çatdırıb.

Beləliklə, Baykar İHA şirkətinin məhsullarının satışı 2023-cü ildə hərbi satış gəlirlərinin təxminən 90%-ni təşkil edib ki, bu da 25% artaraq 1,9 milyard dollara çatıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            132 02.12.24 18:57