Təranə Səmədovanın işi Ali Məhkəmədə » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:50 Atlantik okeanda siklonların sayı proqnozları xeyli üstələyib  |     18:45 Binə Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     18:39 Bloqer Nail Kəmərlinin evindən oğurluq edildi - VİDEO  |     18:31 Azərbaycanda gəlin toy gecəsi ata evinə qaytarıldı - Bəy CƏZALANDIRILDI  |     18:24 Bakıda hərbçi qəfil vəfat etdi  |     18:19 Bu "iPhone"larda "Whatsapp" öz fəaliyyətini dayandıracaq  |     18:11 Bakıda daha bir söküntü başladı: Kvadratı 2200-dən - Sakinlər narazıdır  |     18:05 Qışda dərslər 1 saat gec başlasın - TƏKLİF  |     17:57 Bakı metrosunda iki qadının halı pisləşdi  |     17:45 Dronla icazəsiz "Sağlam Ailə"nin reklamını çəkdi - Saxlanıldı  |     17:39 Qəzzada ölənlərin sayı 44 min 466-ya çatıb  |     17:34 Astarada yeniyetmənin meyiti tapılıb  |     17:23 Türkiyə vətəndaşı azyaşlı qızını niyə qətlə yetirib? - Sumqayıtdakı qətlin yeni detalları  |     17:15 Müəllimin şagirdi döyməsi iddiasına cavab: "KSQ-nin nəticələri valideyni qane etməyib" - FOTO  |     16:56 "Qarabağ" klubuna iki qol vuran futbolçu Fransada qarət olunub  |     16:55 İçərişəhərdə yerləşən bəzi mənzillər təmir olunacaq  |     16:51 Nazirlər Kabinetinin səlahiyyətləri artırıldı  |     16:48 Xarici İşlər Nazirliyində yeni rəis TƏYİNATI - FOTO  |     16:43 Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi  |     16:36 Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşib  |    

Təranə Səmədovanın işi Ali Məhkəmədə

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 4-nə təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova altı il, Rasim Həsənov isə yeddi il müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı Apellyasiya Məhkəməsi onların hökmdən verdikləri şikayəti təmin etməyib.

Qeyd edək ki, aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (ad, soyad şərtidir) fotoşəkillərini əldə edib.

Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən "Instagram" və digər sosial şəbəkələrdə yerləşdirməklə hədələyiblər. Bu yolla T.Səmədova ilə R.Həsənov ondan üç min manat tələb ediblər.

Beləliklə, 2022-ci ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.

Bundan başqa, T.Səmədova ilə R.Həsənov təkrarən Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.

T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələbetmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 02.12.24 15:46