Azərbaycanda gəlin toy gecəsi ata evinə qaytarıldı - Bəy CƏZALANDIRILDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:20 Berlində bir gecədə 17 yük maşını yandırılıb  |     20:14 Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub  |     20:05 Çində gəminin aşması nəticəsində səkkiz nəfər ölüb  |     19:59 Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək  |     19:51 Ötən ay apteklərdə 15 yoxlama aparılıb, üçündə nöqsanlar aşkarlanıb  |     19:43 Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ  |     19:38 Pakistan Azərbaycanla birgə layihələrin təşviqi üçün koordinator təyin edəcək  |     19:31 Lebron Ceyms NBA-da yeni uğura imza atıb  |     19:25 Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir  |     19:19 Haaqa Məhkəməsi tarixində ilk dəfə iqlim məsələləri ilə bağlı dinləmələr keçirəcək  |     19:11 Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən var  |     19:03 Ağdərədə dörd nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıb  |     18:57 Ötən il 100 ən böyük silah istehsalı şirkətinin gəlirləri kəskin artıb  |     18:50 Atlantik okeanda siklonların sayı proqnozları xeyli üstələyib  |     18:45 Binə Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq  |     18:39 Bloqer Nail Kəmərlinin evindən oğurluq edildi - VİDEO  |     18:31 Azərbaycanda gəlin toy gecəsi ata evinə qaytarıldı - Bəy CƏZALANDIRILDI  |     18:24 Bakıda hərbçi qəfil vəfat etdi  |     18:19 Bu "iPhone"larda "Whatsapp" öz fəaliyyətini dayandıracaq  |     18:11 Bakıda daha bir söküntü başladı: Kvadratı 2200-dən - Sakinlər narazıdır  |    

Azərbaycanda gəlin toy gecəsi ata evinə qaytarıldı - Bəy CƏZALANDIRILDI

Oğuz rayonunda toy gecəsi gəlinlə bəyin arasında yaşanmış hadisələrə görə cinayət işi açılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Şəki rayon sakini Vahidə Məmmədova (ad və soyadlar şərtidir) Oğuz rayon sakini Səxavət Yusifov barəsində məhkəməyə xüsusi ittiham qaydasında müraciət edib.

O, nişanlısı olmuş Səxavətin Cinayət Məcəlləsinin 147.1-ci, yəni böhtan maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

İş icraata qəbul edilib və araşdırma aparılıb. Şikayətçi qız bildirib ki, el adəti ilə Səxavətlə nişanlanıb, Şəkidə qız toyu, Oğuzda oğlan toyu keçirilib. Bu ilin 28 aprel tarixində keçirilən oğlan toyundan sonra Səxavət və qohumları Vahidəni Oğuzda yaşadıqları evə gətiriblər. Lakin gecə saatlarında Səxavət və ögey anası qızın bakirə olmadığını bildiriblər və onun atası evinə qayıtmasını tələb ediblər.

Tərəflər arasında ekspertiza keçirilməsi ilə bağlı, həmçinin barışıq əldə edilməsinə dair təkliflər baş tutmayıb.

Nəticədə tərəflər arasındakı ailə-qohumluq əlaqələri pozulub. Vahidə barəsində digər şəxslər arasında da söz-söhbətin yayılmasından sonra qız qarşı tərəfi məhkəməyə verib.

Oğuz Rayon Məhkəməsində keçirilən prosesdə Səxavət Yusifov bildirib ki, o, Vahidə barəsində heç bir söz danışmayıb. Təqsirləndirilən şəxs ögey anasının bakirəliklə bağlı digər şəxslərin yanında danışdığını bildirib.

Vahidə Məmmədova isə baş verənlərin onda psixoloji zədə yaratdığını, bakirəliklə bağlı deyilənlərin böhtan olduğunu deyib.

Məhkəmə baş verənlərə görə Səxavəti günahkar hesab edib və onun Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən cəzalandırılmasına qərar verilib. Hökmə əsasən Səxavət Yusifov qazancınınn 20 faizinin tutulması ilə 1 il islah işləri cəzasına məhkum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            75 02.12.24 18:31